Biləsuvarda qadın su kanalında batıb

Biləsuvarda qadın su kanalında batıb
  16 Yanvar 2021    Oxunub:2394
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Biləsuvar   Kanal   FHN   Xilasetmə  





Xəbər lenti