Göyçayda ikimərtəbəli evdə yanğın olub

Göyçayda ikimərtəbəli evdə yanğın olub
  22 Yanvar 2021    Oxunub:1021
Göyçay rayonunun Qızılağac kəndində ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Göyçay   Yanğın   FHN  





Xəbər lenti