Zəngəzurda erməni hərbçi ölüb

Zəngəzurda erməni hərbçi ölüb
  26 İyul 2022    Oxunub:1984
Ermənistanın Müdafiə Nazirliyi məlumatı gizlətməyə çalışıb.
İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyanın elə həmin gün öldüyü məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə Milli Yanıq Mərkəzinin Reanimasiya şöbəsindən “NEWS.am”a bildirilib.

Ermənistanın Müdafiə Nazirliyi əsgərin ölüm xəbərini 8 gün sonra, iyulun 25-də açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti