Ölkədən çıxışı qadağan olunan Koçaryan müəmmalı şəkildə xaricə getdi

   Ölkədən çıxışı qadağan olunan Koçaryan müəmmalı şəkildə xaricə getdi
  22 Avqust 2022    Oxunub:2154
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan avqustun 21-i axşam saatlarında müəmmalı şəkildə xaricə gedib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edilir ki, məhkəmənin ölkə sərhəddindən kənara çıxmamaqla bağlı qadağası olmasına baxmayaraq Koçaryanın xaricə necə və hansı məqsədlə getməsi bir sıra sualla rdoğurur.

Koçaryan Moskvaya gedir
Jurnalistlər bu məsələlərə aydınlıq gətirmək üçün Ermənistan Respublikasının ikinci prezidentinin aparatının koordinatoru Baqrat Mikoyana müraciət ediblər. O, məlum faktı təsdiqləyib.

“Koçaryan dünən Ermənistanı bir həftəliyə tərk edib. Onun vəkilləri sentyabrın 20-nə kimi məhkəmə iclaslarında uzun müddətli fasilə olmasından istifadə edərək, məhkəmədən Koçaryanın ölkədən çıxması üçün icazə istəyiblər. Məhkəmə onun avqustun 22-dən 29-dək Ermənistandan kənarda olmasına icazə verib. Koçəryan da bu fürsətdən istifadə edib getdi. O, avqustun 29-da qayıdacaq”, - Mikoyan deyib.

Ofisin koordinatoru yaranan söz -söhbətlərə belə aydınlıq gətirib ki, səfər özəl xarakter daşıyır. Bu səbəbdən də onun getdiyi ölkə və səfərin məqsədi barədə ətraflı məlumat verməyəcək.

Baqrat Mikoyan Robert Köçəryanın özünə yaxın bildiyi Rusiya Federasiyasına gedib-getməməsi ilə bağlı sualı da cavablandırıb.

- Yox, Koçaryan Rusiyaya getməyib, o başqa ölkədədir, - Mikoyan qeyd edib.

Qeyd edək ki, aylardır məhkəməsi davam edən Robert Koçaryana ölkədən çıxışla bağlı qadağa qoyulub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Koçaryan  



Xəbər lenti