Duqina dəfn edildi

Duqina dəfn edildi
  23 Avqust 2022    Oxunub:1317
Rusiyalı jurnalist və politoloq Darya Duqina Moskva vilayətində dəfn edilib.
Duqinanı ukraynalı qadın öldürüb: FSB cinayətin üstünü açdı
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Duqinanın dəfn mərasimi bağlı qapılar arxasında keçirilib, yalnız qohumları və dostları iştirak edib. Bundan əlavə, qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub.

Xatırladaq ki, şənbə günü Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində ölümlə nəticələnən partlayış baş verib. Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən partlayaraq yanıb. Darya Duqina məşhur ictimai xadim Aleksandr Duqinin qızıdır. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin qızının avtomobilində olmalı imiş. Lakin son anda plan dəyişib.

AzVision.az



Teqlər:   Dəfn  



Xəbər lenti