Tanınmış politoloqun qızı faciəvi şəkildə öldü |
Qeyd edilir ki, cinayətkar Daryanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyib. Qadın 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə birlikdə 23 iyul 2022-ci il tarixində Rusiyaya gəlib.
“2022-ci il avqustun 21-də Duginanın idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobil idarə olunan partlayıcı ilə partladıldıqdan sonra Vovk və qızı Pskov vilayətindən keçərək Estoniyaya yola düşüblər”, - məlumatda deyilir.
Məlumatda istintaq materiallarının artıq Rusiya İstintaq Komitəsinə verildiyi vurğulanır.
Xatırladaq ki, şənbə günü axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində ölümlə nəticələnən partlayış baş verib. Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən partlayaraq yanıb. Darya Duqina məşhur ictimai xadim Aleksandr Duqinin qızıdır. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin qızının avtomobilində olmalı imiş. Lakin son anda plan dəyişib.
Tural Tağıyev
AzVision.az