Tanınmış politoloqun qızı faciəvi şəkildə öldü
D.Duqina və atası avqustun 20-də “Ənənələr” festivalında iştirak ediblər. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin qızının avtomobilində geri qayıtmalı idi, lakin son anda planı dəyişib.
Hüquq-mühafizə orqanları avtomobilə partlayıcı qurğu yerləşdirildiyini və hədəfin məhz Aleksandr Duqin olduğunu ehtimal edirlər.
Darya Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi idi.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.
AzVision.az
Teqlər: