İrəvan Moskvanın notasına "qapal"ı cavab verdi

   İrəvan Moskvanın notasına    "qapal"ı cavab verdi
  25 Avqust 2022    Oxunub:1563
Xəbər verdiyimiz kimi avqustun 17 - də Rusiya özünün ən yaxın müttəfiqlərindən sayılan Ermənistana nota verdi. Bu diplomatik qalmaqal bir qədər təəccüb doğursa da, Moskvanın İrəvana barmaq silkələyəcəyi gözlənilən idi. Çünki Ermənistanda Surmalu hadisəsindən sonra anti-Rusiya ab havası artmışdı.
Səfirlik yerli informasiya məkanında Moskvaya qarşı saxta ittihamlarla şişirdilmiş anti-Rusiya xəbərlərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə(XİN) nota göndərdiyini açıqladı.

Erməni mediası: "Rus notası ilə bıçaq sümüyə dirəndi"
Bu gün, 8 gündən sonra nəhayət ki, İrəvan rəsmi qaydada məlum notaya cavab verib.

Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan Armenpress-ə açıqlamasında deyib ki, "Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən olunmuş qaydada Rusiya səfirliyinin notasına cavab verib".

- Notanın məzmunu daxili diplomatik yazışmaların bir hissəsidir və buna görə də biz onun dərcini düzgün hesab etmirik, - Unanyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   XİN   Nota  



Xəbər lenti