Britaniya kəşfiyyatı Kiyevin əks-hücumlarını dəyərləndirdi

      Britaniya kəşfiyyatı    Kiyevin əks-hücumlarını dəyərləndirdi
  30 Avqust 2022    Oxunub:1531
Ukrayna Silahlı Qüvvələrinin Xerson bölgəsindəki ərazilərin azad edilməsində uğuru onun uzunmüddətli hücum əməliyyatları aparmaq bacarığından və müxtəlif hərbi birləşmələrdən yaradılan rus qoşunlarının nə qədər birgə döyüşəcəyindən asılı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Britaniya kəşfiyyatı Rusiyanın hücumları gücləndirməsinin səbəbini açıqladı
"Avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadası ölkənin cənubundakı cəbhə xəttinin sektorlarına artilleriya atəşinin intensivliyini artırıb. Ukraynanın uzaqdan dəqiq zərbələri Rusiyanın tədarüklərini dayandırmaqda davam edir. İndi Ukraynanın irəliləyişlərinin miqyasını təsdiqləmək mümkün deyil”, - hesabatda deyilir.

Kəşfiyyat məlumatlarında o da qeyd olunur ki, avqustun əvvəlindən Rusiya Xerson yaxınlığındakı Dnepr çayının qərb sahilində işğalçı qüvvələrini gücləndirmək üçün xeyli səy göstərib.

"Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu birləşmiş ordusu, ehtimal ki, Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun hissələri ilə tamamlanıb. Xerson yaxınlığındakı bölmələrin əksəriyyəti isə yəqin ki, azlıqda qalıblar və onlar bərə sayəsində etibarsız təchizat kanallarından asılıdırlar. Bu təchizar Dnepr üzərindən ponton körpülərlə reallaşdırılır" - kəşfiyyat məlumatında yazılıb.

Eyni zamanda, bu iki ordunun inteqrasiyası Ukraynadakı Rusiya qüvvələrinin əhəmiyyətli dərəcədə yenidən təşkilini nəzərdə tutur.

O da vurğulanır ki, Rusiya işğal əməliyyatlarının əvvəlində az effektivlik göstərən bir neçə yarımmüstəqil əməliyyat komandanlığını tənzimləmək üçün hərəkətə keçməsi ehtimalı yaranıb.

"Əgər Ukrayna davamlı hücum əməliyyatlarında uğur qazanarsa, çox güman ki, bu sınaqdan keçirilməmiş strukturun birliyi Rusiya müdafiəsinin cənubdakı dayanıqlılığında əsas amil olacaq", - kəşfiyyatçılar yazıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti