Britaniya kəşfiyyatı Rusiyanın hücumları gücləndirməsinin səbəbini açıqladı

     Britaniya kəşfiyyatı  Rusiyanın hücumları gücləndirməsinin səbəbini açıqladı
  27 Avqust 2022    Oxunub:1740
Son beş gündə Rusiyanın Donetsk istiqamətində hücumlarının intensivliyində artım qeydə alınıb. Lakin ruslar yeni ərazilərə yiyələnə bilməyiblər.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının gündəlik hesabatında məlumat verilib.

Britaniya kəşfiyyatı: "Rus hərbi texnikaları nüvə reaktorunun 60 metrliyindədir" - FOTO
Məlumatda qeyd edilir ki, Donetskin şimalında Seversk və Baxmut şəhərləri ərazisində şiddətli döyüşlər gedir. Görünür, rusiyapərəst yaraqlılar Donetsk hava limanı yaxınlığındakı Peski kəndinin mərkəzinə doğru müəyyən irəliləyiş əldə ediblər.

Britaniya kəşfiyyatının məlumatına görə, rus ordusu Ukraynanın geniş əks-hücum planlaşdırması ilə bağlı fərziyyələr fonunda Donbasda səylərini artıraraq bura əlavə Ukrayna bölmələrini cəlb etməyə çalışır.

Xatırladaq ki, dünən Britaniya kəşfiyyatı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvanın “mülki əhalinin itkisinin qarşısını almaq üçün” Ukraynada hərbi əməliyyatları ləngitməsi barədə bəyanatını qəsdən yayılmış dezinformasiya adlandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Kəşfiyyat  



Xəbər lenti