İrəvan Metsamor AES-də yeni enerji bloku tikir

   İrəvan Metsamor AES-də    yeni enerji bloku tikir
  06 Sentyabr 2022    Oxunub:836
Ermənistan Metsamor Atom Elektrik Stansiyası ərazisində (AES) yeni enerji bloku tikir. AzVision.az xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yeni nüvə enerji blokunun gücü, reaktor modeli, digər texniki parametrlər, o cümlədən maliyyələşdirmə strukturu, mənbələri, şərtləri və texniki-iqtisadi əsaslandırma tamamlandıqdan sonra dəqiqləşdiriləcək”, - məlumatda deyilir.

Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf
Xatırladaq ki, iyun ayında AES-in mətbuat xidməti məlumat yaymışdı ki, Ermənistan və Rusiyadan olan mütəxəssislər ölkədə gələcək yeni atom enerji blokunun layihəsini müzakirə etməyə başlayıblar.
Bundan öncə isə nazir Qnel Sanosyan bəyan etmişdi ki, ölkəsi 2025-2026-cı illərdə yeni atom elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.

Qeyd edək ki, Metsamor AES dünyanın ən təhlükəli stansiyalarından biri, bəlkə də birincisi sayılır. Çünki AES-in istismar müdəti bitsə də, İrəvan təmir işlərini əsasən podratçı kimi Rusiyanın “Rusatom Service” şirkəti tərəfindən apararaq stansiyanın ömrünü "uzatmağa" çalışır. Hazırda Metsamor nəinki region, ümumilikdə Avropa üçün təhdidlər doğurur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   AES  



Xəbər lenti