Sorosçular Vardanyana qarşı əks-təbliağata başladılar

   Sorosçular Vardanyana qarşı əks-təbliağata başladılar
  07 Sentyabr 2022    Oxunub:988
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. AzVision.az xəbər verir ki, "Hraparak" nəşri "Vardanyan qalmaqalı"nın, İrəvandakı SOROS dairələrinin xoşuna gəlmədiyini yazıb.
"İrəvan hakimiyyətinin anti-Rusiya və Qərbyönümlü fəaliyyəti ilə paralel olaraq, Rusiya hakimiyyəti regionu Ermənistan üzərindən əlindən buraxmamaq üçün müvafiq addımlar atmağa çalışır. Rusiyanın politologiya dairələrindən və onlara yaxın adamlardan öyrəndik ki, yaxın gələcəkdə Ermənistanın daxili siyasi arenasında yenidən qurulma prosesləri olacaq", - müəllif yazıb.

Ermənilərin Vardanyan təxribatı
Nəşr qeyd edib ki, Moskva ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artmasının fərqindədir və hazırda Ermənistan cəmiyyətində Rusiyaya qarşı sabit 18 faizlik bir toplum var ki, onlar da Moskvaya qarşıdırlar. Bu isə çox böyük rəqəmdir.

"Kreml anti-Rusiya əhval-ruhiyyəsinin artıq kök atmasının fərqindədir. Xüsusən də elita arasında bu özünü göstərir ki, məlum detal da təhlükəlidir. Buna görə də təbliğat işlərinə başlamağa, həm də oyuna yeni oyunçular, yeni simalar qatmağa çalışacaqlar.

Təsadüfi deyil ki, rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağa köçməsi bəzi suriyaəsilli və qərbyönlü dairələrdə çaxnaşma yaratdı. Onlar Vardanyana qarşı əks-təbliğat kampaniyaları aparmağa və belə bir tezis yayırlar ki, onu Xankəndinə Kreml göndərib", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   SOROS   İrəvan   Rusiya  



Xəbər lenti