Nikolun “Qarabağ Ermənistandır"dan sərhəd yalvarışına qədər olan yolu

   Nikolun “Qarabağ Ermənistandır"dan    sərhəd yalvarışına    qədər olan yolu
  23 Sentyabr 2022    Oxunub:1155
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasında çıxış edib. Onun ali tribunadan səsləndirdiyi fikirlər isə erməni cəmiyyətində və mediasında aqressiya ilə qarşılanıb.
Məsələn, "Jam" saytında dərc edilən siyasi təhlildə Paşinyanın BMT tribunasına qədər keçdiyi səbatsızlıq yolu maraqlı şəkildə analiz edilib. Müəllif yazır ki, Nikol Paşinyan 2019 - cu ildə Xankəndi meydanında izdihamdan alqış almaq üçün “Qarabağ Ermənistandır və nöqtə” qışqırırdı.

"O, bu hay - küylü bəyanat, qışqır-bağırdan sonra ultrasülhpərvər və həddən ziyadə güzəştli siyasət və təbliğat apardı. Nəticədə bu gün biz müharibə və məğlubiyyətlə üz-üzə qalmışıq.

Baş nazir 2020-ci il noyabrın 9-dan sonra əvvəlcə "yeraltı fəaliyyətə", daha sonra isə "sülh göyərçini" roluna keçdi.

2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı o, Qarabağın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirəcəyinə söz verdi. Nikol keçmiş "Dağlıq Qarabağ bölgəsi"nin Azərbayacana qaytarılan ərazilərinin yenidən əldə ediləcəyində israrlı olduğunu deyir, müəyyən sözlər verirdi. O həmçinin sülh vəd edirdi. Paşinyan “Sülh dövrü”, Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından sonra yaxşı həyat tərzi haqqında nağıllar da danışdı.

Paşinyanın çıxışı narazılıq yaratdı - "Ermənistanı satışa çıxarır"
Seçkilərdən dərhal sonra Nikol Paşinyan və komandası aqressiv şəkildə “Qarabağ Azərbaycandır, nida” şüarını təbliğ etdilər. Onların fikrincə, bu şüar sülh və firavanlıq gətirəcək", məqalədə yazılıb.

Müəllif qeyd edir ki, indi Paşinyanın bütün tezisləri, konsepsiyaları çöküb və özləri də bunu etiraf edirlər.

"Nikol seçkiqabağı dövrdə erməni xalqını inandırmağa çalışırdı ki, türklər və azərbaycanlıların ermənilərlə pis davranmasının səbəbi ermənilərin zamanında hər iki xalqa oxşar davranış sərgiləməsidir. İndi isə o, bütün dünyaya bəyan edir ki, Prezident İlham Əliyev İrəvanı tarixi Azərbaycan ərazisi hesab edir və son günlər Ermənistana qarşı "təcavüz" olub.

Nikol Paşinyanın BMT tribunasından çıxışı onun yürütdüyü siyasətin dözülməz olduğunun etirafı idi.

“Sülh dövrü” vəd edən indi Azərbaycana Ermənistanın 29 min 800 kvadrat kilometri ərazisini qoruyub saxlamaq üçün yalvarır. Başqa sözlə, Paşinyan açıq şəkildə bəyan edir ki, o, yalnız Azərbaycan 29 min 800 - lük ərazini tanıdığı halda Qarabağı rəsmi şəkildə Azərbaycan torpağı hesab etməyə hazırdır. Amma Nikol acıqlı davranışları ilə Azərbaycanı daha da qızışdırır.

Türkiyəyə gəlincə, burada da Nikol Paşinyanın siyasəti iflasa uğradı. O, Türkiyənin "soyqırımı" və Qars müqaviləsi ilə bağlı tələblərini yerinə yetirməklə bu ölkə vasitəsilə Azərbaycana təsir göstərə biləcəyini və dinc yaşayacağını düşünürdü. Bu həm də illüziya idi. Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanı qane etməyəcək heç bir addım atmayacaq. Nikol və komandası Ankaranın nə etdiyini, dediyini görmədilər və eşitmədilər. İndi onlar çıxılmaz vəziyyətdədirlər. Düşmənlərimiz “Zəngəzur dəhlizi”ni tələb edəndən sonra son döyüşlər nəticəsində Zəngəzurun bütün yollarını kəsmək imkanı əldə etdilər. İndi Ermənistan və Türkiyə nümayəndələri nə danışacaqlar?

Deməli, Ermənistan özünü BMT-də məğlubiyyət və rüsvayçılıq simvolu kimi təqdim etdi. Çox acınacaqlı səhnə idi. Əvvəllər Azərbaycan bu tribunadan şikayətlənirdi, indi isə Paşinayn Azərbaycandan danışır...

Nikol dünyaya yalnız gülüş doğura bilən “erməni demokratiyasını” qorumaq üçün yalvarırdı.

Paşinyan həm müharibəni, həm də sülhü uduzdu. Və Ermənistanın qəbrə gömülməməsi üçün bizim dövlət idarəetmə sistemində yeni səhifə açılmalıdır", nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Qarabağ   Sərhəd  



Xəbər lenti