"Səfərbərliyə alınanlara lazımınca təlim keçirilmir" - Müharibə Araşdırmaları İnstitutu

"Səfərbərliyə alınanlara lazımınca təlim keçirilmir" -   Müharibə Araşdırmaları İnstitutu
  29 Sentyabr 2022    Oxunub:5283
Kreml səfərbər edilmiş rusları ordunun sıradan çıxmış bölmələrini gücləndirmək üçün meydana atır. Yeni çağırışçılar lazımi səviyyədə təlim keçmirlər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın məşhur Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb .

ISW-nin son proseslərlə bağlı hesabatında qeyd olunur ki, səfərbər edilmiş ruslar 1-ci tank alayını, 2-ci motoatıcı diviziyanı və 1-ci qvardiya tank bölüklərini "gücləndirmək" üçün təlim keçmədən gəliblər.

"Ukrayna müharibənin gedişatını dəyişib" - Müharibə Araşdırmaları İnstitutu
“1-ci qvardiya tank birləşmələri fevralın 24-dək Rusiyanın əsas mexanikləşdirilmiş qüvvəsi hesab olunurdu və onun aşağı nizam-intizamlı, hazırlıqsız insanlar tərəfindən gücləndirilməsi o deməkdir ki, Rusiya Federasiyasının ən elit bölmələri belə Ukraynada xeyli itki veriblər. Buna görə də getdikcə daha böyük səviyyədə deqradasiyaya uğrayırlar”, - məlumatda yazılıb.

Analitiklər əmindirlər ki, Rusiya ordusunun bu formada bərpası onun döyüş gücünü artırmayacaq.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyat qoşunlarının Ukrayna ilə müharibəyə səfərbər olunduğunu elan etdi. 300 min insanın mərhələlli şəkildə qismən səfərbərliyə cəlb olunacağı gözlənilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, rusların səfərbərliyindən sonra gələn hərbi komandanlıq onları hazırlıqsız təmas xəttindəki bölmələrə göndərir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Səfərbərlik  



Xəbər lenti