Nikolun "dəmir yumruq"dan taxta çubuğa gedən yolu - VİDEO

 Nikolun "dəmir yumruq"dan taxta çubuğa gedən yolu -  VİDEO
  10 Oktyabr 2022    Oxunub:3690
Sosial şəbəkələrin Azərbaycan seqmentində Ermənistanın baş nazirinə aid maraqlı bir video yayılıb. Azərbaycan toyunda musiqiçi təbilə Ermənistanın son günlərdə sərhəd təxribatları ilə adı hallanan baş nazirinin fotosunu vurub.
Təbii ki, rəmzi məna daşıyan bu davranış xalqın hələ də təxribat ab-havasında olan Ermənistan rəhbərliyinə verdiyi mesaj da sayıla bilər. Məlum video artıq Ermənistan KİV-ində də gündəmə çevrilib. Azərbaycanla bağlı məsələləri, tarixi araşdıran erməni alim Qarnik Davtyan "Jam" saytına açıqlamasında deyib ki, sülh dövrü onlar üçün heç də yaxşı başlamayıb.

Paşinyanın davranışları diplomatik süqutunun ifadəsinin təsdiqidir - Praqa zəfərinin şərhi
"Utanc verən adamı belə bir simada da gördük... Azərbaycanda şənlik zamanı Nikolun təsviri olan təbilə şəkli vurulub. Biz Ermənistanın “lideri”nə qarşı heç vaxt belə münasibət görməmişdik. Fərqi yoxdur onu siz seçmisiniz, ya başqaları. Bu, baş nazir etdiyiniz Nikolun deyil, hamının məsxərəyə qoyulmasıdır",- alim ölkəsinin rəhbərliyinin düşdüyü durumdan gileylənib.



Qeyd edək ki, müharibə zamanı və döyüşlər bitdikdən sonra Nikol Paşinyanın anormal çağırışlarından, fikirlərindən və davranışlarından tənqidi, gülməli mahnı və videoroliklər hazırlanaraq, gündəmə çevrilirdi. Vətən Müharibəsindən sonra bu mövzu bir qədər qapansa da, görünür, son sərhəd təxribatı yeidən məğlub Paşinyanın yumoristik obraza çevrilməsinə səbəb olub.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Paşinyan   Ermənistan  



Xəbər lenti