Kiyevə atılan raket Almaniya konsulluğunun binasına ziyan vurub

   Kiyevə atılan raket Almaniya konsulluğunun binasına ziyan vurub
  10 Oktyabr 2022    Oxunub:1047
Bu gün Kiyevə endirilən kütləvi raket zərbələri nəticəsində xarici diplomatik qurumların yerləşdiyi ərazilər də vurulub. Almaniya konsulluğunun və Rumıniya səfirliyinin viza şöbəsinin binasına ziyan dəyib.
AzVision.az xəbər verir ki, Almaniya konsulluğunun binasına dəyən ziyan barədə Kiyevdəki "Bell" Fondunun keçmiş rəhbəri Sergey Sumlenni məlumat yayıb.

O, zədələnmiş binanın bir neçə şəklini dərc edib və kansler Olaf Şolzla xarici işlər naziri Annaleni Burboka müraciət edib.

“Bəlkə bir neçə “Leopard” tankı göndərib vəziyyəti yerindəcə yoxlamaq istəyirsiniz?” - o, sual edib.

Rusiya raketləri Moldova hava məkanını pozub
Rumıniyanın xarici işlər naziri Boqdan Auresku isə Kiyevdəki səfirliyin binasının zədələndiyini təsdiqləyib.

“Mən şadam ki, Rumıniya səfirliyinin binasından cəmi 850 metr aralıya zərbə endirilməsinə baxmayaraq, əməkdaşlar təhlükəsizlikdə olublar”, - Auresku qeyd edib.

O, həmçinin Rusiyanın Kiyevin mərkəzində və Ukraynanın digər şəhərlərində mülki hədəflərə raket hücumlarını kəskin şəkildə pisləyib və bunun beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu, insan tələfatı ilə nəticələndiyini xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Raket  



Xəbər lenti