Britaniya kəşfiyyatı: "Moskva nüvədən istifadəyə hazırlaşmır"

   Britaniya kəşfiyyatı:    "Moskva nüvədən istifadəyə hazırlaşmır"
  11 Oktyabr 2022    Oxunub:4817
Böyük Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada və ya onun sərhədlərində taktiki nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür. Mütəxəssislər xatırladıblar ki, bu tip silahların döyüşə hazırlanması üçün vaxt lazımdır.
AzVision.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Zatulin: "Bir şeyə əminəm ki, nüvəni ilk atan biz olmayacağıq"
Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri Ceremi Fleminq deyib ki, qurumun vəzifələrindən biri Kremlin taktiki silahlardan istifadəyə hazırlığına nəzarət etməkdir. O qeyd edib ki, Rusiya hərb maşınının və prezident Putinin bu müharibəni necə aparması nüvə silahından istifadə doktrinası çərçivəsində qalır.

Eyni zamanda o, əminliyini ifadə edib ki, Rusiyanın taktiki nüvə silahından istifadəyə texniki hazırlıqla məşğul olduğuna dair heç bir əlamət də yoxdur. Bu silah növü nüvə başlığını daha qısa mənzilli adi raketlə birləşdirərək yığılır. Mütəxəssislər bildirirlər ki, bu cür döyüş başlıqlarının anbardan çıxarılması da vaxt tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nüvə   Britaniya  



Xəbər lenti