Nəşr yazır: “Milli Assambleyanın sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti artıq Moskvadadır. Nümayəndə heyəti təkcə Volodinlə deyil, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, "Vahid Rusiya" fraksiyasının nümayəndələri ilə də görüşlər keçirir.
|
| "Simonyan anti-Rusiya ab-havasına görə Moskvaya çağırılıb" - Erməni qəzeti |
Qeyd edək ki, son aylarda Ermənistanda anti-Rusiya ab-havası artıb. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirilir, hətta yerli mediada Surmaluda baş vermiş partlayışda "rus izləri" axtaran təthlil yazılar dərc edilir. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


