Məlumata görə, İrəvandakı son görüşdə Paşinyan qondarma nümayəndə heyətinə açıq şəkildə bəyan edib ki, bundan sonra Qarabağ məsələsi istiqamətində başqa heç nə edə bilməyəcək .
"Ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyətinin nümayəndələri açıq şəkildə bildirirlər ki, Qarabağ məsələsinə görə həm Xankəndidə oturanlar, həm də Rusiya hakimiyyəti məsuliyyət daşıyır. Bununla belə, qəzetimizin Xankəndidəki mənbəsinin verdiyi məlumata görə, Arutyunyan dinc dayanmaq niyyətində deyil. Onlar konkret addımlar hazırlayırlar. Bizdə olan məlumata görə, yaxın günlərdə Xankəndidən bir "nümayəndə heyəti" Rusiya Federasiyasının siyasi rəhbərliyi ilə görüşmək üçün Moskvaya yola düşəcək", - nəşr yazıb.
|
| "Nikol Arayiki 3 gün oteldə gözlədib sonra qəbul edib" - Erməni deputat |
"Bizə onu da bildirdilər ki, qarşıda planlaşdırılan görüşlərin təşkili üçün hazırda Moskvada hazırlıq işləri də gedir. Mənbəmizin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə də görüşün baş tutması ehtimal edilir", - nəşr yazıb.
Maraqlıdır ki, sosial şəbəkələrin erməni seqmentində və bəzi saytlarda bu informasiya ciddi qəbul edilməyib. Qeyd edilir ki, hazırda Azərbaycanla yüksək əlaqələrə, sıx münasibətlərə malik olan Rusiya hansısa tanınmayan separatçı rejimə görə belə tədbir görməz. Putinin Arayiklə görüşü real görünmür.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


