Trampın "Facebook" və "İnstaqram" hesabları bərpa edildi

Trampın  "Facebook" və "İnstaqram" hesabları bərpa edildi
  09 Fevral 2023    Oxunub:1052
"Meta" Korporasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Facebook" hesabını iki illik fasilədən sonra bərpa edib.
Hesabdakı son giriş tarixi 6 yanvar 2021-ci il - Tramp tərəfdarlarının Kapitoliyə hücum etdiyi vaxtdır. Məhz bundan sonra hesab bloklanıb. Hesabın bərpası planları yanvarın sonunda qlobal məsələlər üzrə korporasiyanın prezidenti Nik Kleq tərəfindən açıqlanmışdı.

Bir neçə dəqiqə sonra Trampın eyni tarixdə bloklanan "İnstaqram" hesabı yenidən aktivləşib.

Qeyd edək ki, Trampın "Twitter" hesabı da bərpa edilib. Lakin keçmiş prezident öz sosial şəbəkəsi olan "Truth Social" vasitəsilə tərəfdarları ilə əlaqə saxlamağa üstünlük verib.

AzVision.az


Teqlər:



Xəbər lenti