Rusiya İran üçün peyklər hazırlamağı planlayır

   Rusiya    İran üçün peyklər    hazırlamağı planlayır
  10 Fevral 2023    Oxunub:1389
Rusiya İran üçün “kiçik miqyasda” peyklər qura bilər. Belə bir perspektiv var. AzVision.az xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Yuri Borisov RİA Novosti-yə müsahibəsində deyib.
"Bizim İranla yaxşı əlaqələrimiz var. Keçən ilin avqustunda onlar üçün orbitə peyk buraxdıq. Belə peyklərin kiçik tirajda hazırlanması ilə bağlı perspektivlər mövcuddur", - Borisov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qrumun Anqola, Əlcəzair, Vyetnam və ərəb dünyası ilə də analoji əməkdaşlıq planları var.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Rusiya İranın sifarişi ilə inşa edilmiş "Xəyyam" adlı peyki orbitə çıxarmışdı. Borisov isə Baykonurdan "Soyuz-2.1b" daşıyıcı raketi ilə reallaşan prosesi Rusiya-İran əməkdaşlığında mühüm mərhələ adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   İran   Peyk  



Xəbər lenti