"Ukrayna martın sonuna kimi 80 "Leopard 2" tankı alacaq" - Şolts
Şolts qeyd edib ki, Almaniya tankların verilməsi üçün müttəfiqlərlə danışıqlar aparır.
“Biz təlim keçməklə, ehtiyat hissələri və döyüş sursatlarının tədarükünü təşkil etməklə, həmçinin əməkdaşlıq etməklə strukturlar yaratmalıyıq”, - deyə siyasətçi əlavə edib.
Kanslerin sözlərinə görə, Parisdə prezidentlər Vladimir Zelenski və Emmanuel Makron ilə üçtərəfli görüş Ukraynaya davamlı dəstəyin göstərilməsi baxımından çox məxfi və informativ olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


