Gürcüstanın şərqində zəlzələ baş verib
Yeraltı təkanlar fevralın 15-də yerli vaxtla saat 00:02-də qeydə alınıb. Zəlzələnin episentri Mamişrali kəndi yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəl, fevralın 12-də də ölkədə 3,1 bal gücündə zəlzələ qeydə alınmışdı.
Tural Tağıyev
AzVision.az
Teqlər: Zəlzələ







Vaxtında, Aydın, Lazımlı!


