Zaxarova Avropanı ittiham etdi: "Bu inkvizisiyadır"
O, "Sputnik" radiosunun efirində danışarkən Mərkəzi Avropada alimlərin odda yandırılmasını xatırladıb. Diplomat qeyd edib ki, bunu bugünkü “demokratik, sivil dövlətlərin” sələfləri edib.
Zaxarova Polşa Xarici İşlər Nazirliyinin məlum qərarını “ən pis təcrübələrin reinkarnasiyası” və heç bir məntiqə sığmayan bir tədbir adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, istənilən qərar əsaslandırılmalıdır. Əgər işçilər həqiqətən də Polşa qanunlarını pozublarsa, o zaman onlara iddialar təqdim edilməlidir. Yox, əgər bu belə deyilsə və heç bir qanunvericilik əsası olmadan insanlar işdən məhrum edilirsə, bu, "siyasi təmizləmədir", insan hüquqlarının pozulmasıdır.
Xatırladaq ki, bir müddət öncə Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirmişdi ki, Rusiya MDBMİ-nin məzunları artıq Xarici İşlər Nazirliyində işləmirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


