Onun sözlərinə görə, fevralın 8-də bölməyə bağlama gəlib və oradan da sənədləri komandirə veriblər. Alaudinov "Rossiya 1" telekanalının efirində "aldığım məktubu açıb oxumağa başladım və kəskin qoxu hiss etdim" deyib. Bundan dərhal sonra şübhəli kağızlar plastik torbaya qoyulub.
Alaudinov zəhərlənmə əlamətlərini saat yarımdan sonra, qıcolmalar başlayanda hiss edib. Ona yerli tibb bölməsində ilkin yardım edilib və bundan sonra XTQ komandanı Moskvaya göndərilib.
Hazırda Alaudinov özünü yaxşı hiss edir və cümə axşamı xəstəxanadan çıxacağını gözləyir.
O, hələlik sui-qəsddə konkret hansı zəhərli maddədən istifadə olunduğunu bilmədiyini, bunun ekspertlər tərəfindən müəyyən edilməli olduğunu deyib.
Alaudinov onu da bildirib ki, zəhərli kağıza toxunan qardaşı oğlu və adyutant xəstəxanaya yerləşdirilib.
Tural Tağıyev
AzVision.az