50 Rusiya vətəndaşı Qarabağdan Ermənistana təxliyə edildi - VİDEO

   50 Rusiya vətəndaşı Qarabağdan Ermənistana təxliyə edildi -    VİDEO
  16 Fevral 2023    Oxunub:1030
Rusiya sülhməramlıları 50 Rusiya vətəndaşını Azərbaycanın Qarabağ bölgəsindən təxliyə edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, həmin vətəndaşlar ötən il sülhməramlıların müvəqqəti nəzarəti altında olan Qarabağa gəliblərmiş. Laçın dəhlizinin əvvəlki qaydayla fəaliyyət göstərə bilməməsinə baxmayaraq, onlar getmək istədiklərini bildiriblər. Qeyd edilir ki, sülhməramlılar fevralın 15-də 8-i uşaq olmaqla 50-yə yaxın Rusiya vətəndaşını Ermənistana aparıb.

Sülhməramlı kontingentin nümayəndəsi isə bəyan edib ki, "Hərbçilər Rusiya Federasiyası vətəndaşlarının Dağlıq Qarabağ ərazisindən çıxarılması prosesini davam etdirirlər. Rusiya Federasiyasının 150-dən çox vətəndaşının, o cümlədən 29 uşağın daşınmasının təşkili istiqamətində işlər aparılıb".

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı   Qarabağ   Rusiya  



Xəbər lenti