Peru parlamenti Kolumbiya prezidentini persona non-qrata elan edib

Peru parlamenti Kolumbiya prezidentini persona non-qrata elan edib
  18 Fevral 2023    Oxunub:997
Peru Konqresi (Parlamenti) Kolumbiya Prezidenti Qustavo Petronun tənqidi fikirlərinə görə onu persona non-qrata (“arzuedilməz şəxs”) elan edib.
Bu barədə qanunverici orqanın “Twitter” səhifəsində məlumat verilib. Sənədin mətnində vurğulanıb ki, Kolumbiya liderinin Peruya səfəri qadağan edilməlidir.

“72 səslə Konqres 5607 saylı təklifi qəbul edib. Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyindən tələb edin ki, cənab Qustavo Fransisko Petro Urreqon ölkəyə daxil ola bilməməsi üçün lazımi tədbirlər görülsün”, – sənəddə bildirilib.

Kolumbiya prezidenti Qustavo Petro çıxışı zamanı Peru polisinin "nasistlər kimi öz xalqına qarşı yürüş etdiyini" deyib. Peru parlamenti Petronun sözlərini “milli polisə və bütün respublikaya təhqir” adlandırıb.


AzVision.az


Teqlər:



Xəbər lenti