Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb
Onun sözlərinə görə, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib: “Onlardan bəziləri işini yekunlaşdırıb. ”.
Y.Sezer bildirib ki, vətəndaşlara müvafiq qaydada maddi dəstək göstərilir: “Hər ailəyə 10 min lira veririk. Məqsədimiz zəlzələdən zərərçəkmişlərə qismən də olsa dəstək olmaqdır”.
O, həmçinin axtarış-xilasrtmə tədbirlərinin davam etdiyini xatırladıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


