Ermənistanın 1500 yük maşını sərhəddən buraxılmır

   Ermənistanın    1500 yük maşını sərhəddən buraxılmır
  20 Fevral 2023    Oxunub:1297
Ermənilərə məxsus 1500-ə qədər yük maşını sərhədin həm Gürcüstan, həm də Rusiya tərəfindən, “Yuxarı Lars”dan keçə bilmir.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a İrəvanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
Xatırladaq ki, fevralın 19-u axşam saatlarından əlverişsiz hava şəraiti ilə əlaqədar “Yuxarı Lars”dan keçən yol ağır yük maşınlarının hərəkəti üçün bağlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti