Polşa Belarusla sərhədi tamamilə bağlaya bilər

   Polşa Belarusla sərhədi tamamilə bağlaya bilər
  21 Fevral 2023    Oxunub:799
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib ki, təhlükəsizlik vəziyyəti tələb edərsə, hökumət Belarusla sərhədi tamamilə bağlaya bilər.
O, bu barədə fevralın 21-də Polşa radiosunun efirində bildirib. Onun sözlərinə görə, Varşava hadisələrin inkişafı ilə bağlı vəziyyəti təhlil edəcək, qərar təkcə siyasi faktorlara əsaslanmayacaq.

“Lakin əgər müşahidələr təhlükəsizliyə artan təhlükənin olduğunu göstərsə, o zaman belə qərarlar qəbul edilə bilər”, - Yablonski vurğulayıb.

Fevralın 9-da Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib ki, Polşa hakimiyyəti dövlət təhlükəsizliyinin maraqlarına əsaslanaraq Bobrovnikidə Belarusla sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.


AzVision.az


Teqlər:



Xəbər lenti