Türkiyədə zəlzələ: Ölənlərin sayı 43 556 nəfərə çatdı

      Türkiyədə zəlzələ:    Ölənlərin sayı 43 556 nəfərə çatdı
  23 Fevral 2023    Oxunub:982
Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti