ABŞ generalı Putinin Allah və ailə haqqında fikirlərinə heyran olub

  ABŞ generalı Putinin Allah və ailə haqqında fikirlərinə heyran olub
  23 Fevral 2023    Oxunub:1391
"Rusiya prezidenti Vladimir Putin Qərbin uzun müddətdir məhv etməyə çalışdığı dəyərləri dəstəkləyir".
AzVision.az xəbər verir ki, bunu Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri işləmiş, istefada olan general-leytenant Maykl Flinn deyib.

Putin çıxış edərkən yuxuladılar - VİDEO
O, sosial şəbəkələrdə yazıb: “Rusiya prezidentinin Qərbin məhv etdiyi şeylərdən, Allah və ailədən mühüm dəyərlər kimi danışması təqdirəlayiqdir”.

Xatırladaq ki, çərşənbə axşamı Rusiya prezidenti Federal Məclisə müraciət edərkən ailə, mədəni və milli kimliyi məhv edən Qərb cəmiyyətinin mənəvi tənəzzülünə diqqət çəkib. Onun sözlərinə görə, Qərbdə milyonlarla insan anlayır ki, onları “əsl mənəvi fəlakətə” sürükləyirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   ABŞ   Tramp  



Xəbər lenti