Yıldız Tilbedən böyük dəstək: 12 ailənin kirayə pulunu verəcək

   Yıldız Tilbedən böyük dəstək:    12 ailənin kirayə pulunu verəcək
  23 Fevral 2023    Oxunub:1063
Zəlzələdən əziyyət çəkənlərə yardım üçün təşkil edilən kampaniyaya qatılan müğənni Yıldız Tilbe 12 ailənin 1 illik kirayə haqqını ödəyəcəyini açıqlayıb.
Zəlzələdən zərərçəkənlər üçün əlindən gələni etmək istədiyini bildirən müğənni, "Allah küçədə qalanların hamısına kömək olsun, amma biz də əlimizdən gələni edək" deyib.

O bildirib ki, 10 və ya 12 ailənin kirayəsini 1 il ərzində ödəyəcək.

“Mən kirayədə qalan ailələrlə görüşmək istəyirəm, çünki il ərzində təkcə onların kirayə haqqı deyil, digər əsas ehtiyaclarını da qarşılamaq istəyirəm”,- müğənni bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti