Papa: “Ukrayna xalqını dəstəksiz qoymayacağıq"

   Papa:    “Ukrayna xalqını dəstəksiz qoymayacağıq"
  23 Fevral 2023    Oxunub:924
Roma Papası Fransisk Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən danışıb. xəbər verir ki, o, rusların işğalçı müharibəsinin “kədərli ildönümünü” yada salıb.
Pontifik həftəlik ümumi çıxışı zamanı bu münaqişəni “absurd və qəddar müharibə” adlandırıb: “Ukrayna xalqını dəstəksiz qoymayacağıq. Lakin özümüzə sual verməliyik: müharibəni dayandırmaq üçün mümkün olan hər şey edilibmi? Mən dövlət başçılarını münaqişəyə son qoymaq, atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün konkret səylər göstərməyə çağırıram”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Papa  



Xəbər lenti