"Avropa İttifaqı (Aİ) Rusiyanın dağılmasını istəmir" - Borrel

  "Avropa İttifaqı (Aİ) Rusiyanın dağılmasını istəmir" -    Borrel
  24 Fevral 2023    Oxunub:787
"Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiyada siyasi dəyişikliklər etməsini dəstəkləmir və açığını desəm, Rusiyanın məhv olmasını da istəmirik"
AzVision.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell İspaniyanın "El Periódico" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bütün Avropa ölkələrində münaqişəyə eyni münasibət yoxdur.

“Sanksiyaların nəticələrinə çox şübhə ilə yanaşan, onların işləmədiyinə və tətbiq edilməməli olduğuna inanan bir ölkə var, çünki fikirləşir ki, beləliklə biz özümüzü ayağımızdan vururuq. Mən bu təhlili paylaşmıram, amma bu ölkə sanksiyalarla bağlı bütün təkliflərə səs verdi. O, şübhə ilə yanaşır, onlara inanmır, amma birliyi pozmur".

Aİ diplomatiyasının rəhbəri cəmiyyətin Ukraynadakı vəziyyətə yanaşmasının çox tədrici olduğunu istisna etməyib. “Əlbəttə, daha yaxşı olardı ki, “Leopard” tanklarının göndərilib-göndərilməyəcəyini müzakirə etmək üçün üç ay vaxt sərf etmək əvəzinə, onlar daha tez göndərilərdi. “Rusiya silah istehsal etmək iqtidarındadır və bizdə olduğundan və bizim tez tükəndirdiyimizdən qat-qat yüksək ehtiyatlara malikdir”, - Borrell deyib.

"Bizim nəyə malik olduğumuzu bilirik. Biz bilirik ki, hələlik bu sursatlar kifayətdir”, o, istehsalın sürətini artırmağa və icmaya üzv dövlətlərin ehtiyatlarından istifadə etməyə çağırıb. “Biz daha çox sursat istehsal edəcəyik, lakin istehsal davam edərkən, əlimizdə olanı Ukraynaya verməliyik", - diplomat bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti