Bayden: "Kiyevə F-16 qırıcıları lazım deyil"

   Bayden:    "Kiyevə F-16 qırıcıları lazım deyil"
  25 Fevral 2023    Oxunub:1211
"Hazırda Ukraynaya F-16 qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək".
AzVision.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Amerika Prezidenti müvafiq sualı cavablandırarkən əlavə edib ki, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır.

“Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden vurğulayıb.

AzVision.az



Teqlər: Bayden  



Xəbər lenti