Almaniya kansleri Hindistana Modi ilə görüşdü

Almaniya kansleri Hindistana Modi ilə görüşdü
  25 Fevral 2023    Oxunub:929
Almaniya kansleri Olaf Şolz Yeni Dehlidə hindistanlı həmkarı Narendra Modi ilə görüşdüyünü deyib.
Bu barədə almaniyalı diplomat tviterdə yazıb. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq yaxşı səviyyədədir və onu gücləndirməyə hazırdır. “Baş nazir Narendra Modi günəşli Yeni Dehlidə məni hərarətlə qarşıladı. Bu, dördüncü görüşümüzdür. Hindistan və Almaniya çox yaxşı münasibətlərə malikdir və onları dərinləşdirmək istəyirik”.

Almaniya kansleri qeyd edib ki, Hindistan-Almaniya münasibətləri onun Modi ilə danışıqlarının mövzularından biri olacaq. O, həmçinin əlavə edib ki, tərəflər “dünya sülhü” ilə bağlı bir sıra məsələləri də müzakirə etməyi düşünür. Lakin hansı sülh təşəbbüslərindən danışacağı barədə ətraflı məlumat verməyib.


AzVision.az


Teqlər:



Xəbər lenti