Berlində Moskva Kiyevlə əvəzləndi

Berlində Moskva Kiyevlə əvəzləndi
  25 Fevral 2023    Oxunub:1351
Berlinin şərqində yerləşən “Cafe Moskva” restoranının orijinal adı Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyata etiraz olaraq müvəqqəti olaraq “Cafe Kyiv” olaraq dəyişdirilib.
Almaniyanın “Berliner Zeitung” nəşri bu barədə məlumat yayıb. Fevralın 27-də Ukrayna müharibəsinin ildönümü ilə bağlı aksiya, onun çərçivəsində binada seminarlar, müzakirələr və mədəni tədbirlər keçiriləcək.

Aksiyanın təşkilatçıları qurumun lövhəsində “Kiyev” yazısı olan qara pankart asıb və onun mövzusunun Avropanın taleyi, azadlığı, təhlükəsizliyi və yenidən qurulması olacağına söz veriblər.

Məqaləni yazan alman jurnalist kafenin hazırda Rusiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Kampaniyadan sonra pankart götürüləcək və Karl Marks küçəsindəki kafe əvvəlki adına qayıdacaq.


AzVision.az



Teqlər:



Xəbər lenti