Qərb Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul etdi

    Qərb Rusiyaya qarşı 10-cu sanksiyalar paketini qəbul etdi
  25 Fevral 2023    Oxunub:1074
Fevralın 25-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 121 fiziki və hüquqi şəxsin daxil olduğu 10-cu sanksiyalar paketini qəbul edib.
Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb. "Siyahılarımızın bir hissəsi olaraq, biz ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanları hədəfləyirik"-Borel bildirib.

Bundan başqa Rusiya mallarının idxalı və ixracına da əhəmiyyətli məhdudiyyətlər qoyulub.

Bundan əvvəl Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirmişdi ki, ölkə hakimiyyəti ukraynalı uşaqların deportasiyasına görə məsuliyyət daşıyan şəxslərin məhdudlaşdırıcı siyahıya daxil edilməsi üzərində işləyir. Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyalar paketi bu cinayətkarlara, eləcə də silah istehsalçılarına və sanksiyalardan yayınmağa kömək edənlərə qarşı yönəlib.

AzVision.az


Teqlər:



Xəbər lenti