Finlandiya Rusiya ilə sərhədində divar hörür
Finlandiya Avropa İttifaqının Rusiya ilə ən uzun sərhədini bölüşən dövlətdir. Hazırda 1340 km uzunluqda sərhəddə yüngül taxta hasarlar qoyulub. Bildirilir ki, Finlandiya divarı Ukraynada döyüşmək üçün ordudan qaçan rusların sayının artması ilə əlaqədar tikmək qərarına gəlib.
İmatra sərhəd qapısında meşələrin təmizlənməsi ilə işlərə başlanılıb. Yeni yol və divarın tikintisinə isə mart ayında başlanması planlaşdırılır.
Divarın müəyyən yerlərində gecə görmə kameraları, işıqlar və dinamiklər yerləşdiriləcək.
Sərhəd Mühafizəsinin məlumatına görə, İmatrada 3 km-lik pilot layihənin iyunun sonunadək başa çatdırılması gözlənilir.
Qeyd edək ki, Finlandiya ötən ilin iyul ayında Sərhəd Mühafizəsi Aktına yeni dəyişikliklər edilib. Belə ki, mal-qaranın sərhəddən keçməsinin qarşısını almaq üçün mövcud taxta hasarlardan istifadə edilir. Rusiya Ukraynada müharibəyə başlayandan sonra isə Finlandiya şərq sərhədini möhkəmləndirməyə çalışır.
2022-ci ilin sentyabrında prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərin səfərbər edilməsi əmrindən sonra çoxlu sayda rusiyalı Finlandiyaya qaçmağa başlayıb.
Eyni zamanda həmin ilin fevralın 24-də Rusiyanın işğalından sonra Finlandiya və İsveç illərlə bitərəfliyə son qoyaraq NATO-ya üzv olmaq qərarına gəliblər.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


