"Bizim ölkəni müdafiə edə biləcək ordumuz yoxdur" -Alman nazir
“Bizim hücum xarakterli, sərt şəkildə aparılan müharibədən qoruna biləcək müdafiə gücümüz yoxdur”, - nazir deyib.
Pistoriusun fikrincə, Almaniya ordunun modernləşdirilməsinə daha çox sərmayə qoymalıdır. Çünki ölkənin digər NATO üzvləri qarşısında da öhdəlikləri var: "Biz son 30 ildə yaranmış boşluqları doldurmalıyıq".
Nazir Bundesverdəki çatışmazlıqlar arasında Ukraynaya yardımlardan sonra yeri doldurulmalı olan texnika və silahları da sadalayıb.
“Və bəzilərinə nə qədər kinli görünsə də, alman silahları indi Ukraynada insanların həyatını xilas edir”, - o əlavə edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Almaniya







Vaxtında, Aydın, Lazımlı!


