"Zəlzələ olarsa, 4,5 milyon insan evsiz qala bilər" - Əkrəm İmamoğlu

   "Zəlzələ olarsa, 4,5 milyon insan evsiz qala bilər" -    Əkrəm İmamoğlu
  01 Mart 2023    Oxunub:1514
"İstanbulda 7,5 bal gücündə zəlzələ olarsa, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı ola bilər". AzVision.az xəbər verir ki, bunu şəhərin bələdiyyə başçısı Əkrəm İmamoğlu deyib.
Meriyanın zəlzələyə hazırlıq planlarının təqdimatında İmamoğlu bildirib ki, bu, qaçılmazdır, lakin təbii fəlakətin baş vermə tarixini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

"Şəhərdə 7,5 bal gücündə zəlzələ baş verərsə, 260 minə yaxın bina zərər çəkəcək. 4,5 milyon vətəndaşa müvəqqəti yaşayış yeri lazım olacaq", - mer bildirib.

Onun sözlərinə görə, fevralın 6-da baş verən zəlzələlərdən sonra 110 mindən çox insan evlərinin zəlzələyə davamlılığını yoxlamaq xahişi ilə bələdiyyəyə müraciət edib.

Bələdiyyə sədrinin sözlərinə görə, fəlakət zamanı yardımlar şəhərin üç hava limanı, o cümlədən hazırda yalnız yük və şəxsi reysləri qəbul edən Atatürk Hava Limanı, həmçinin bir neçə aerodrom və Bursadakı hava limanı vasitəsilə qəbul ediləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti