Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqləyib

Finlandiya parlamenti ölkənin NATO-ya üzvlüyünü təsdiqləyib
  01 Mart 2023    Oxunub:669
Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı qanun layihəsini qəbul edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökumətindən bildirilib.

Qanunverici orqanın 184 deputatı qanun layihəsinin lehinə səs verib. 7 deputat isə ölkənin Alyansa üzvlüyünün əleyhinə çıxıb.

Qanunun qüvvəyə minməsi üçün Prezident Sauli Niinistö sənədi təsdiqləməlidir.

AzVision.az



Teqlər:



Xəbər lenti