"Ukrayna danışıqlarına dair ciddi təkliflərdən imtina etmirik" - Lavrov

 "Ukrayna danışıqlarına dair ciddi təkliflərdən imtina etmirik"   - Lavrov
  02 Mart 2023    Oxunub:1417
"Rusiya Ukrayna ilə bağlı danışıqlara dair ciddi təkliflərdən imtina etmir". AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, mətbuat konfransında qeyd edib ki, "Böhranın həllində yardıma gəlincə, dəfələrlə açıq şəkildə demişik ki, biz siyasi həllin tapılması üçün səmimi istəkdən irəli gələn ciddi təkliflərdən heç vaxt imtina etmirik".

Eyni zamanda, nazirin sözlərinə görə, o, qərbli həmkarlarından, hətta başqa dövlətlərdən heç olmasa birinin Ukraynanı danışıqlara çağırdığını xatırlamır.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Hindistanda keçirilən G20 Nazirlər Şurasının iclasında iştirak edib.

Tural Tağıyev

AzVision.az



Teqlər: Lavrov   Ukrayna  



Xəbər lenti