Akşener İmamoğlu və Yavaş ilə görüşdü - VİDEO

  Akşener İmamoğlu və Yavaş ilə görüşdü -    VİDEO
  06 Mart 2023    Oxunub:1241
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş İYİ Partiya sədri Meral Akşeneri ziyarət edib.
Görüşdən sonra hər iki bələdiyyə sədrləri bəyanatla çıxış ediblər.

Əkrəm İmamoğlu: "Hörmətli sədrimiz Kılıçdaroğlunun məlumatı ilə bu səfəri edirik. Xüsusilə ölkəmizin çətin günlərində Altı Masa strategiyasının varlığının millətimizin gələcəyi üçün əhəmiyyətinin fərqindəyik",- deyə bildirib.

Mənsur Yavaş isə: "Biz bu hadisələri masa başında izləyə bilmərik. Biz Millət Birliyinin bələdiyyə sədriyik. Hamımız birlikdə araya gəldik. Ankara, İstanbul kimi böyük şəhərləri qazandıq. Qarşıda bizi seçkilər gözləyir. Millətimiz ayrılığa dözə bilməz. Yenidən bir araya gəlmək xalqımızın arzusudur, bunu da çatdırdıq”, -qeyd edib.

İYİ Partiya sözçüsü Kürşad Zorlu Akşenerin Millət İttifaqına yeni formul təqdim etdiyi, İmamoğlu və Yavaşa vitse-prezidentlik təklif etdiyi açıqlanıb.

İYİ Partiya sədri Meral Akşener prezidentliyə namizədliyin müzakirə edildiyi son Altı Masa yığıncağında ortaq namizədin müəyyən edilməsi ilə bağlı bəyannamə imzalayıb.

Lakin daha sonra verdiyi sərt açıqlamada “Altılıq Masa”nı tərk etdiyini bildirən ifadələr işlədib.

Masa arxasında oturan 5 lider Kılıçdaroğlunun namizədliyi ilə bağlı razılığa gəldiyi halda, İYİ Partiya qalib gələ biləcəklərini iddia edərək Mansur Yavaş və Əkrəm İmamoğlunu təklif edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti