Britaniyalıların çoxu Meqan və Endryunu Kralın tacqoyma mərasimində görmək istəmir

Britaniyalıların çoxu Meqan və Endryunu Kralın tacqoyma mərasimində görmək istəmir
  06 Mart 2023    Oxunub:862
Britaniyalıların 40%-dən çoxu şahzadə Harrinin Kralı III Çarlzın tacqoyma mərasimində iştirakını dəstəkləyir, lakin eyni zamanda onun həyat yoldaşı Meqan Marklı və şahzadə Endryu mərasimdə görmək istəmir.
AzVision.az xəbər verir ki, bu barədə Deltapoll ilə birgə sorğu keçirən Bloomberg məlumat yayıb. Sorğuya görə, britaniyalıların yalnız 41%-i şahzadə Harrinin tacqoyma mərasiminə gəlməsini dəstəkləyir, 37%-i bununla razılaşmır, 22%-i isə cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, respondentlərin 43%-i Susseks hersoginyası Meqan Marklı mərasimdə görmək istəmir, 39%-i isə onun tacqoyma mərasimində iştirakına etiraz etmir. Bununla belə, 46% şahzadə Endryunun tacqoyma mərasimində görünməsinin əleyhinə, 36% isə lehinədir.

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi 6 may 2023-cü ildə Şahzadə Harri və Meqan Marklın ilk övladı Arçi Harrisonun doğum günündə baş tutacaq.


AzVision.az


Teqlər:



Xəbər lenti