DYP-dən Bakı-Quba yolundakı qəza ilə bağlı açıqlama

 DYP-dən Bakı-Quba yolundakı qəza ilə bağlı  açıqlama
  09 Mart 2023    Oxunub:1083
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bununla bağlı DİN-in Baş DYP İdarəsi məlumat yayıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, hadsə bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Bakı-Quba yolunda qəza: Yaralananlar var
“Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, - İdarə rəsmisi əlavə edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti