Lukaşenko Belarusda ölüm hökmünü təsdiqlədi

 Lukaşenko Belarusda ölüm hökmünü təsdiqlədi
  09 Mart 2023    Oxunub:1541
Belarus Prezidenti Aleksandr Lukaşenko məmurlar və hərbçilər üçün dövlətə xəyanətə görə ölüm cəzası tətbiq edən qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus Prezident Aparatı məlumat yayıb.

“Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanun dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilir.

“Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmünün tətbiqi mümkün olacaq”, - mətndə qeyd olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti