Azərbaycan XİN Almaniyaya başsağlığı verib

Azərbaycan XİN Almaniyaya başsağlığı verib
  10 Mart 2023    Oxunub:1315
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.

XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti