Bakının 4 rayonunda sudan istifadədə itki faizləri çoxdur

   Bakının 4 rayonunda sudan istifadədə itki faizləri çoxdur
  10 Mart 2023    Oxunub:1041
"Bakı şəhərinin ətrafında yerləşən Sabunçu, Suraxanı, Binəqədi və Abşeron rayonlarında sudan istifadədə itki faizləri çoxdur".
AzVision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə buna səbəb Abşeron yarımadasında arxitektura qaydalarına uyğun olmadan tikililərin salınmasıdır:

"Həmin ərazilərdə su itkilərimiz çoxdur. Eyni zamanda Abşeron yarımadasında su paylayıcı şəbəkələrin istismar müddəti bitib və pərakəndə şəkildə tikinti normalarına uyğun olmayan xətlər çəkir. Sudan qeyri-qanuni istifadə edən abonentlər də var ki, onlarla bağlı ciddi işlər gedir".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti